Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-15,
Seanews
Heyder Eliyev

Helsinkidən Riqaya bərə səfərləri bərpa olunacaq

Finlandiyanın “Tallink Silja Line” gəmiçilik şirkəti (Estoniyanın “Tallink Grupp”-una daxildir) 2025-ci ilin yay naviqasiyasında Helsinkidən Riqaya kruizləri bərpa etmək planlarını açıqlayıb.

“Seanews.az” xəbər verir ki, iyun və iyul aylarında “Viktoriya I” bərəsində iki belə kruiz səfəri planlaşdırılıb.

Bundan əlavə, Helsinkidən İsveçin Qotland adasındakı Visbiyə səkkiz kruiz səfəri nəzərdə tutulub.

Qeyd edək ki, Finlandiya və Latviyanın paytaxtları arasında bərə əlaqəsi 2021-ci ilin yayında dayandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır