Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-18,
Seanews
Heyder Eliyev

Hedland limanından 568,6 milyon ton dəmir filizi ixrac edilib

Avstraliyanın Hedland limanının yük dövriyyəsi 2024-cü ildə əvvəlki illə müqayisədə 3,7% artaraq 576,8 milyon tona çatıb. 2023-cü ildə limanda 555,9 milyon ton yük aşırılıb.

“Seanews.az” xəbər verir ki, keçən il liman vasitəsilə 568,6 milyon tona yaxın dəmir filizi ixrac edilib.

Dekabrda limandan ixrac edilən filiz isə 47,6 milyon ton təşkil edib.

Dəmir filizinin daha çox Çinə yola salındığı bildirilir. Limanda Vyetnam, İndoneziya, Tayvan, Yaponiya və Cənubi Koreyaya da yükaşırmalar həyata keçirilib.

Qeyd edək ki, Hedland limanı dəmir filizi ixracı üçün Avstraliyanın əsas yükaşırma mərkəzidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır