Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-22,
Seanews
Heyder Eliyev

Sinqapur limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 5,2% artıb

2024-cü ildə Sinqapur limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 5,2% artaraq 622,7 milyon ton olub.

“Seanews.az” xəbər verir ki, neft yüklərinin aşırılması 1,6% artaraq 195,1 milyon ton, toplu yüklərin aşırılması isə 37% artaraq 30,9 milyon ton təşkil edib.

Hesabat dövründə 27,1 milyon ton ümumi konteynersiz yüklər aşırılıb ki, bu da 4,2% artım deməkdir.

Limanın konteyner dövriyyəsi 5,4% artaraq 41,1 milyon TEU-ya çatıb.

Qeyd edəki ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2023-cü ildə Sinqapur limanında 591,7 milyon ton yük aşırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır