Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-22,
Seanews
Heyder Eliyev

“Vallenius Vilhelmsen” İsveçin Höteborq limanındakı terminalı 12 il idarə edəcək

İsveç-Norveçin nəqliyyat və logistika şirkəti “Wallenius Wilhelmsen” avtomobillərin aşırılması üçün Höteborq limanındakı (İsveç) terminalı 12 il idarə edəcək.

“Seanews.az” şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, terminal 2026-cı ilin fevralında fəaliyyətə başlayacaq.

“Vallenius Vilhelmsen” terminal operatoru kimi inteqrasiya olunmuş təchizat zəncirində Höteborq limanı ilə əməkdaşlığı inkişaf etdirmək və terminalı bütün avtomobil daşıyıcıları üçün mərkəzi qovşağa çevirmək niyyətindədir. Qeyd olunur ki, Göteborq limanı Skandinaviyada nəqliyyat vasitələrinin logistikası üçün strateji mövqeyə malikdir və region ölkələrini Uzaq Şərq, Şimali Amerika, Afrika, Avstraliya və Şimali Avropa ilə əlaqələndirir.

“Wallenius Wilhelmsen”-in logistika xidmətləri üzrə baş əməliyyat direktoru Con Felittonun şərh etdiyi kimi, yükaşırma qovşağının potensialı dəmir yolu və avtomobil yolunun əlavə imkanları hesabına artır.

Bildirilir ki, İsveç-Norveçin nəqliyyat və logistika şirkəti “Wallenius Wilhelmsen” 15 gəmiçilik marşrutuna xidmət edən 126 gəmidən ibarət donanmaya, 120 emal və paylama mərkəzi və 11 dəniz terminalından ibarət qlobal logistika şəbəkəsinə sahibdir və onları idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır