Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-22,
Seanews
Heyder Eliyev

“COSCO”-nun terminallarının konteyner dövriyyəsi 111,9 milyon TEU-ya çatıb

2024-cü ildə “COSCO” terminallarının ümumi konteyner dövriyyəsi 111,86 milyon TEU olub ki, bu da əvvəlki illə müqayisədə 5,7% artım deməkdir. İlin son ayında isə konteyner dövriyyəsi illik müqayisədə 2,4% artımla  9,57 milyon TEU-ya təşkil edib.

“Seanews.az” xəbər verir ki, Çində ən böyük artımlar “Quan Zhou Pacific Container Terminal”-da (+13,9%, 1,49 milyon TEU), “Beibu Bay” körfəzi terminalında (+12,4%, 9 milyon TEU) və Yangtze çayının deltası terminallarında (+13,1%, 16,48 milyon TEU) qeydə alınıb.

 “COSCO”-nun Çindən kənardakı terminallarının konteyner dövriyyəsi 4,5% artaraq 34,22 milyon TEU olub. İspaniya, Əbu-Dabi (BƏƏ), Zeebrugge, Antverpen (Belçika) və Busan (Cənubi Koreya) terminallarında daha böyük – 55,2%-ə qədər artım qeydə alınıb. Hamburqun Tollerort terminalı yükaşırma həcmini təxminən iki dəfə artırıb.

“COSCO”-nun xarici aktivləri arasında ən pis göstərici Yunanıstandakı Pirey Konteyner Terminalına məxsusdur: 2023-cü illə müqayisədə 7,8% az.  Rotterdamdakı “Euromax” terminalının müvafiq göstəricisi  (-7,1%) olub.

Çində isə ən böyük azalma “Jinjiang Pacific Ports Development” terminalında (-9,9%) və Honkonqdakı terminallarda (illiklə müqayisədə 9,5% azalma) qeydə alınıb.

Qeyd edək ki, “COSCO Shipping” Çinin dövlət gəmiçilik, logistika və sənaye korporasiyasıdır. Ümumi donanması 1500-ə yaxın  gəmini birləşdirir. Konteyner donanmasının tutumu 3,05 milyon TEU-dur. Quru yük donanması 436 gəmidən, tanker donanması 229 gəmidən, ümumi və ixtisaslaşdırılmış yüklər üçün donanması isə 180 gəmidən ibarətdir. Korporasiya dünya üzrə 57 terminala, o cümlədən 50 konteyner terminalına sərmayə qoyub (onların illik ötürmə imkanı 133 milyon TEU-dur).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır