Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-25,
Seanews
Heyder Eliyev

Latviyanın bütün limanları dəniz sərhədləri boyunca yerləşir

2024-cü ildə Latviya limanlarında 6,8% az - 36 milyon ton yük işlənib.

“Seanews.az” bu barədə ölkənin Nəqliyyat Nazirliyinə istinadən  xəbər verir.

Aşırılan yüklərin 17,12 milyon tonu (-18,7% a) tökmə yüklər, 5,26 milyon tonu (+16% ) maye yüklər, 13,6 milyon tonu (+4,4%) ümumi yüklər olub.

Latviyanın ən böyük limanı Riqa 18 milyon ton yük aşırıb ki, bu da 2023-cü illə müqayisədə 3,9% azdır.

Ventspils limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 21% azalaraq 8,23 milyon tona düşüb. Liepaya limanının yük dövriyyəsi isə 2,5% - 7 milyon tona qədər azalıb.

Latviyanın kiçik limanlarından Skulte 2024-cü ildə yük dövriyyəsinə görə daha yaxşı nəticə göstərib - 1,4 milyon ton, bu da əvvəlki illə müqayisədə 26,1% çoxdur.

Ümumilikdə, ötən il ölkənin kiçik limanlarının yük dövriyyəsi 20,7% artaraq 2,67 milyon ton təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 20,7% çoxdur.

Qeyd edək ki, Latviyanın üç böyük limanı var - Liepaya, Riqa və Ventspils, həmçinin yeddi kiçik limanı - Skulte, Mersrags, Salacqriva, Pavilosta, Roya, Yurmala və Enqure ölkənin dəniz sərhədləri boyunca yerləşir. Böyük limanlar əsasən tranzit yüklərin aşırılması ilə məşğul olur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır