Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-29,
Seanews
Heyder Eliyev

Çinin dəniz və çay limanlarında 17,6 milyard ton yük aşırılıb

Çinin dəniz və çay limanlarının yük dövriyyəsi 2024-cü ildə əvvəlki illə  müqayisədə 3,7% artaraq 17,6 milyard ton təşkil edib. Dekabrda isə  bu göstərici illik müqayisədə 6,3% artaraq 1,55 milyard ton olub.

“Seanews.az” ölkənin Milli Statistika Bürosunun məlumatına istinadən xəbər verir ki, keçən il 11,21 milyard ton (+3,5%), dekabrda isə  950,4 milyon ton  (+5,1%)  kabotaj yükləri aşırılıb.

Çinin Ninbo-Çjouşan limanı isə ardıcıl 16-cı dəfə təkcə ölkədə deyil, dünyada yük dövriyyəsinə görə liderliyini qoruyub: 2024-cü ildə 1,37 milyard ton yük aşırııb. Limanın konteyner dövriyyəsi isə 11% artaraq 39,3 milyon TEU-ya çatıb.

Qeyd edək ki, 2023-cü ildə Çinin dəniz və çay limanlarında 2022-ci illə müqayisədə 8% çox - 16,97 milyard ton yük aşırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır