Şanxay limanı yanvarda ən yüksək aylıq göstəriciyə nail olub
2025-ci ilin yanvar ayında Çinin Şanxay limanının konteyner dövriyyəsi 5 milyon TEU-nu keçib. Bu, digər beynəlxalq limanlar arasında ən yüksək aylıq konteyner dövriyyəsi göstəricisidir.
“Seanews.az” xəbər verir ki, “Shanghai International Port Group” liman operatorunun məlumatlarında belə deyilir.
2024-cü ilin yanvarında Şanxay limanında konteyner dövriyyəsi 4,5 milyon TEU təşkil edib. Bu o deməkdir ki, hesabat dövründə konteyner aşırılması ötən ilin müvafiq ayı ilə müqayisədə 11% artıb.
Xatırladırıq ki, 2024-cü ildə Şanxay dünyada 50 milyon TEU həddi keçən ilk liman olub. Ümumilikdə, ötən il limanın yük dövriyyəsi 2023-cü illə müqayisədə 3% artaraq 580,5 milyon ton, konteyner dövriyyəsi isə 4,9% artaraq 51,5 milyon TEU təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır