Gəmiçilik arteriyasının genişləndirilməsi Süveyş kanalının gündəlik buraxılış qabiliyyətini 6-8 gəmi artıracaq
Süveyş kanalının on kilometrlik yeni hissəsinin istismarına başlanılıb.
Bu barədə “Seanews.az” “IA Prime”-yə istinadən xəbər verir.
Su yolu administrasiyasının rəhbəri Usamə Rabianın sözlərinə görə, "Süveyş kanalının əvəzedici layihəsinin faktiki istismarına layihənin cənub hissəsində başlanılıb.
2024-cü ilin dekabr ayının sonunda Usamə Rabia Süveyş kanalının cənub hissəsindəki Kiçik Acı Göl ərazisində yerləşən yeni on kilometrlik hissənin ilk uğurlu sınaqlarından keçdiyini bildirmişdi. Bu genişləndirmə Aralıq və Qırmızı dənizləri birləşdirən su yolunun gündəlik buraxılış qabiliyyətini altı-səkkiz gəmi artırmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır