Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-19,
Seanews
Heyder Eliyev

Yanvarda Helsinki limanının konteyner dövriyyəsi azalıb

2025-ci ilin yanvarında Finlandiyanın Helsinki limanının yük dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4% azalaraq 1,14 milyon tona düşüb. O cümlədən, qablaşdırılmış yüklərin aşırılması 2,4% artaraq 970,9 min ton, balker yüklərin aşırılması isə 40,8% azalaraq 96,8 min təşkil edib.

“Seanews.az” liman administrasiyasına istinadən xəbər verir ki, hesabat dövründə limanın konteyner dövriyyəsi 38,4 min TEU (-6,2%), təkərli nəqliyyat vasitələrinin aşırılması isə 49,8 min TEU (-2,5%) olub.

Keçən il limana 560  gəmi yan alıb ki, by da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1% artım deməkdir. Dəniz marşrutları üzrə sərnişindaşımada 5,8% artım qeydə alınıb: limanın xidmətindən 488,64 min nəfər istifadə edib.

Qeyd edək ki, Helsinki limanı vasitəsilə daşınan malların əksəriyyəti Finlandiyanın xarici ticarəti üçün qablaşdırılmış yüklərdir, yəni yük maşınlarında, qoşqularda və konteynerlərdə daşınan yüklərdir. 2024-cü ildə limanda 14 milyon ton (+0,5%) yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır