Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-19,
Seanews
Heyder Eliyev

Bu ilin ilk ayında ASCO-nun yükdaşıma göstəricilərində artım qeydə alınıb

ASCO-nun gəmiləri ilə 2025-ci ilin ilk ayı üzrə yükdaşıma göstəricilərində artım qeydə alınıb. Statistika ötən ilin eyni dövrü ilə müqayisədə bütün seqmentlərdə yüksəlişi nümayiş etdirir.

İlin ilk ayında ən böyük artım quru yük daşımalarında qeydə alınıb. 2024-cü ilin yanvarında 60 196 ton quru yük daşınmışdısa, bu göstərici 2025-ci ilin eyni ayında 180 506 tona yüksəlib, yəni 200,65% artım baş verib.

Tankerlərə maye yük daşımalarında da müsbət dinamika müşahidə olunub. Ötən ilin yanvarında bu seqmentdə 328 533 ton yük daşınmışdısa, cari ilin eyni dövründə bu rəqəm 359 362 tona çatıb. Artım 9,38%-dir.

Vaqon daşımalarında isə 2,76%-lik artım baş verib. 2024-cü ilin yanvarında 2 688 vaqon, 2025-ci ilin eyni ayında 2 762 vaqon daşınıb.

Yanvarda TIR daşımalarında da nəzərəçarpacaq artım qeydə alınıb. 2024-cü ilin ilk ayında 2 980 TIR daşınmışdısa, 2025-ci ilin yanvarında bu rəqəm 4 139-a çatıb. Nəticədə 38,88%-lik artım olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır