Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-20,
Seanews
Heyder Eliyev

2025-ci ilin yanvarında Sinqapur limanının yük dövriyyəsi azalıb

2025-ci ilin yanvar ayında Sinqapur limanının yük dövriyyəsi əvvəlki ilin eyni ayı ilə müqayisədə 5,3% azalaraq 48,7 milyon tona düşüb.

“Seanews.az” xəbər verir ki, neft məhsullarının aşırılması 22% azalaraq 14,2 milyon ton, toplu yüklərin aşırılması isə 16,3% artaraq 2,4 milyon ton təşkil edib.

Hesabat dövründə ümumi qablaşdırılmamış yüklərin aşırılması 28,6% artaraq 2,44 milyon tona, konteyner dövriyyəsi 5,8% artaraq 3,5 milyon TEU-ya çatıb.

Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2024-cü ildə limanda 622,7 milyon ton (+5,2%)  yük, 41,1 milyon TEU konteyner (+5,4%) aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır