Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-21,
Seanews
Heyder Eliyev

Qazaxıstandan ABŞ-yə multimodal xidmətlə yüklərin çatdırılması 68 gün çəkib

Yüklərinin multimodal xidmətlə Qazaxıstandan ABŞ-yə çatdırılması 68 gün çəkib. İxrac daşımaları Qazaxıstan Dəmir Yollarının törəmə müəssisəsi olan “QDY Express” ASC tərəfindən həyata keçirilib.

“Seanews.az” bu barədə Qazaxıstan Dəmir Yollarının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yük Qazaxıstanın Almatı şəhərindən Gürcüstanın Poti limanına göndərilib, orada yenidən gəmilərə yüklənib və dəniz yolu ilə son təyinat məntəqəsi Hyuston şəhərinə (ABŞ) çatdırılıb.

“Bu yükdaşımada “QDY Express” ASC yüklərin sığortası, konteynerlərin təqdim edilməsi və ilkin bəyannamə daxil olmaqla, bütün növ nəqliyyat və logistika xidmətlərini təqdim edib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu layihənin həyata keçirilməsi beynəlxalq logistika sahəsində daşımaların coğrafiyasını genişləndirir və Qazaxıstan ixracı üçün yeni perspektivlər açır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır