Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

Richards Bay limanında Cənubi Afrikanın ilk LNG idxal terminalı tikiləcək

“Transnet” Milli Limanlar İdarəsi (“TNPA”, Cənubi Afrika) Cənubi Afrikanın ilk mayeləşdirilmiş təbii qaz (LNG) idxal terminalının inşası üçün iki müqavilə imzalayıb.

“Seanews.az” “Lloyd's List”-ə istinadən xəbər verir ki, terminal Durbanın şimalında Hind okeanı sahilində yerləşən Riçards Bay limanında tikiləcək.

Müqavilələrdən biri “Zululand Energy Terminal” ilə 25 il müddətinə LNG terminalının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üçün imzalanıb.

“TNPA”-nın rəhbəri Andile Sanqqu terminalın ölkənin enerji sektorunun üzləşdiyi problemləri həll edəcəyinə əminliyini ifadə edib: “Mayeləşdirilmiş təbii qazın idxalını təmin etməklə biz məhdud və tükənən qaz ehtiyatları kontekstində dayanıqlı enerji mənbəyinin inkişafına öz töhfəmizi veririk”.

“TNPA” İdarə Heyətinin üzvü Tşokolo Nçoço layihənin gəmi yanacağının tədarükünə töhfə verdiyini və gəmiçilik əməliyyatlarının dəstəklənməsi, "dəyişən enerji mənzərəsində səmərəliyin və rəqabət qabiliyyətinin təmin edilməsində" mühüm rol oynadığını söyləyib.

“Transnet Pipeline” ilə birgə “Zululand Energy Terminal”-ın sahibi olan Royal Vopakın dediyinə görə, layihənin birinci mərhələsi tutumu 135 min kubmetrdən 174 min kubmetrə qədər olan üzən anbarın yaradılmasını nəzərdə tutur. İkinci mərhələdə onu tutumu 220 min kubmetrədək olan yerüstü su anbarı əvəz edəcək. Terminalla bağlı yekun investisiya qərarının 2026-cı ildə verilməsi gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır