Macarıstan Adriatik dənizində liman tikəcək
Macarıstan İtaliya hökuməti ilə müqavilə əsasında Triest yaxınlığında öz limanının tikintisinə başlayır.
İtaliyadan icarəyə götürülmüş 30 hektarlıq ərazidə liman qurğuları və logistika mərkəzi yerləşəcək.
TASS “MTI” agentliyinə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr nazirinin müavini Levente Madyar bildirib.
Adriatik sahillərində inşa ediləcək limanın 2028-ci ildə tam gücü ilə işləyəcəyi deyilir.
Qeyd edək ki, yükaşırma müəssisəsinin tikintisini Macarıstanın “Adria Port” dövlət şirkəti həyata keçirəcək. Layihəyə bir neçə yüz milyon avro investisiya qoyulacaq.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır