Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

2025-ci ilin yanvarında Los-Anceles limanının konteyner dövriyyəsi keçən ilin eyni ayı ilə müqayisədə 8% artıb

2025-ci ilin yanvarında ABŞ-ın Los-Anceles limanında konteyner dövriyyəsi keçən ilin eyni ayı ilə müqayisədə 8% artaraq 924 min TEU təşkil edib.

“Seanews.az” liman administrasiyasına istinadən xəbər verir ki, hesabat dövründə liman 483,8 min TEU-dan çox yüklənmiş idxal konteyneri (+9,5%), demək olar ki, 113,3 min TEU yüklənmiş ixrac konteyneri (-10,5%) və 327,1 min TEU boş konteynerlər (+14%) aşırıb.

Los-Anceles limanının icraçı direktoru Gene Serokanın sözlərinə görə, son 7 ayda konteynerlərin aşırılmasının orta göstəricisi 927 000 TEU-dan çox olub.

Qeyd edək ki, San Pedro körfəzində 3,5 min hektar sahədə yerləşən Los-Anceles limanı ABŞ-nin  ən böyük yükaşırma müəssisələrindən biridir. Toplu, dənəvər, maye, qarışıq yüklərin, konteynerlərin, nəqliyyat vasitələrinin aşırılması üçün nəzərdə tutulan 27 terminalında ildə 190 milyon tona qədər yük işləmək mümkündür.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır