Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

Süveyş kanalı ilə yük axını bərpa olunur

Bu ilin fevral ayının əvvəlindən ən azı 47 gəmi Afrika qitəsini dövrə vurmaqdansa, Süveyş kanalından keçməyə üstünlük verib.

“Seanews.az” xəbər verir ki, Süveyş kanalı administrasiyanın rəhbəri Osama Rabia bu məlumatları sosial şəbəkədə yayıb.

"Qırmızı dənizdə vəziyyətin sabitləşməsi fonunda biz gördük ki, bu ayın əvvəlindən bəri 47 gəmi Afrika qitəsini dövrə vurub Ümid burnundan keçmək əvəzinə, Süveyş kanalından keçməyə qərar verib. Ümid edirik ki, gəmilərini kanalımızdan göndərəcək gəmiçilik şirkətlərinin sayı bölgədəki vəziyyətin sabit qalması şərti ilə yalnız artacaq", - deyə Osama Rabia bildirib.

Yada salaq ki, kanalın istismarından əldə olunan gəlirlər Misir büdcəsinin əsas gəlir mənbələrindən biri və ölkə xəzinəsinin dollarla doldurulmasının mühüm mənbəyidir. Bununla belə, 2023-cü ilin payızından Misir kanaldan istifadədən gəlirlərini itirir, çünki bir çox gəmi husilərin hücumundan qorxaraq marşrutlarını dəyişmək məcburiyyətində qalıb.

Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlar daşıma qiymətlərinin artmasına səbəb olub. Böyük konteyner daşıyıcıları Afrika qitəsi ətrafındakı marşrutdan istifadə edirlər. Bu, bahalaşma ilə yanaşı, yüklərin Asiyadan Avropaya çatdırılma müddətinin 7 gündən 20 günə qədər artmasına səbəb olub.

Daha əvvəl bildirilmişdi ki, 2024-cü ildə husilərin hücumları səbəbindən Qırmızı dənizdən keçən konteyner gəmilərinin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 90% azalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır