Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-12,
Seanews
Heyder Eliyev

Gürcüstan limanlarına 1683 gəmi yan alıb

2024-cü ilin sonuna Gürcüstan limanları ümumilikdə 15,5 milyon ton yük aşırıb ki, bu da 2023-cü ilin göstəricisindən 5,8% çoxdur.

“Seanews.az” xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

2024-cü ildə Gürcüstan limanlarına 1683 gəmi daxil olub ki, bunun da 38,5%-i ümumi yükdaşıyanlar, 30,1%-i maye yükdaşıyanlar, 22,5%-i konteyner gəmiləri, qalan 8,9%-i isə quru yük gəmiləri, yedək gəmiləri və ixtisaslaşdırılmış gəmilər olub.

Türkiyə bayrağı altında olan gəmilər 18,4%, Panama bayrağı altında olan gəmilər 16,1%, Malta bayrağı altında olan gəmilər 9,6%, Liberiya bayrağı altında olan gəmilər 8,7%, Rusiya bayrağı altında olan gəmilər 5,2% təşkil edib. Qalan 42% isə digər ölkələrin bayrağı altında üzən gəmilər olub.

2024-cü ildə Gürcüstan limanları 7,9 min sərnişinə xidmət göstərib ki, bu da əvvəlki illə müqayisədə 2,4% çoxdur. Bundan başqa, gələn sərnişinlərin sayı gedən sərnişinlərin sayını üstələyərək 51% təşkil edib.

Qeyd edək ki, hazırda Gürcüstanda iki əsas liman fəaliyyət göstərir: Batumi və Poti. Üstəlik, yük axınının böyük hissəsi Poti limanına gedir. Bundan əlavə, yalnız neft və neft məhsullarının daşındığı Kulevi və Supsa terminalları da fəaliyyətini davam etdirir. Gürcüstanın liman infrastrukturunun inkişafında mühüm rol oynamalı olan Anakliya dərinsulu limanının tikintisi ölkə üçün strateji layihə olaraq qalır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır