Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-31,
Seanews
Heyder Eliyev

Lonq-Biç limanında konteyner dövriyyəsi fevralda 13,4% artaraq 765 min TEU-ya çatıb

Ötən ay ABŞ-ninLonq-Biç limanının  konteyner terminallarında 765,3 min TEU aşırılıb ki, bu da illik müqayisədə 13,4% çoxdur.

“Seanews.az” xəbər verir ki, Lonq-Biç limanının  konteyner həcmləri doqquzuncu aydır artır.

Bu halda yük axınlarının artması pərakəndə satış şirkətlərinin bəzi idxal olunan məhsul və materiallar üzrə tariflərin gözlənilən artımından əvvəl mal ehtiyatı yaratmaq istəyi ilə izah olunur.

Fevral ayında Lonq-Biç limanında 368 600 TEU idxal konteynerləri (+11,8%), 90 000 TEU ixrac konteynerləri (+2,9%) və 306 600 TEU boş konteynerlər (+19,1%) aşırılıb.

2025-ci ilin yanvar-fevral aylarında limanda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,4% çox olmaqla 1,7 milyon TEU işlənib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır