Riqa limanında infrastruktur layihələrinə 7,43 milyon avro sərmayə qoyulacaq
2025-ci ilin yanvar-fevral aylarında Latviyanın Riqa limanında 2,7 milyon ton yük işlənib ki, bu da keçən ilin müvafiq dövründən 13,2% azdır.
“Seanews.az” xəbər verir ki, toplu yüklərin aşırılması 25,2% azalaraq 1,29 milyon tona, ümumi yüklərin aşırılması 1,2% azalaraq 1,26 milyon tona düşüb.
Konteynerlərin aşırılması 0,3% artaraq 81,2 min TEU-ya çatıb.
Maye yüklərin aşırılmasında 20,7% artım qeydə alınıb. Aşırılan 194 min ton maye yüklərin 155 min tonu (+16,3%) neft məhsulları olub.
Hesabat dövründə Riqa limanından 1292 sərnişin istifadə edib. 2024-cü ilin yanvar-fevral aylarında limana kruiz gəmisi yan almayıb.
Bundan əvvəl Riqanın azad limanı administrasiyası 2025-ci il üçün investisiya planını təsdiqləyib və planda infrastruktur layihələrinin həyata keçirilməsinə 7,43 milyon avro sərmayə qoyuluşu nəzərdə tutulub. Bu, ötən illə müqayisədə 17% çoxdur.
Dauqava çayının (Qərbi Dvina) hər iki sahilində yerləşən Riqa Azad Limanının ümumi sahəsi təxminən 6,3 min hektar, yanalma körpülərinin uzunluğu 13,8 min metr, gəmilərin suya oturumu 12,2 metrdir.
2024-cü ildə limanda 18 milyon ton (-3,9%) yük aşırılmışdı.