Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-16,
Seanews
Heyder Eliyev

2025-ci ilin yanvar-fevral aylarında Türkiyə limanlarında 89,31 milyon ton yük aşırılıb

2025-ci ilin yanvar-fevral aylarında Türkiyə limanlarının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq 89,31 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin məlumatında belə deyilir.

Bununla yanaşı, fevral ayının yekunlarına görə, Türkiyə limanlarında yük dövriyyəsi 7,9% azalaraq 40,37 milyon tona düşüb. Fevralda daha çox Əliağa (7,41 milyon ton), İskəndərun (5,62 milyon ton), Kocaeli (5,42 milyon ton), Tekirdağ (4,11 milyon ton), Ceyhan (3,58 milyon ton), Mersin (3,53 milyon ton) və Ambarlı (2,43 milyon ton) limanlarında yük aşırılıb. Türkiyənin on ən böyük limanı ümumilikdə 34,58 milyon ton yük işləyib ki, bu da ümumi həcmin 85,7%-ni təşkil edir.

Türkiyə limanlarından ən çox ixrac olunan mallar Portland sementi (788,2 min ton), dizel yanacağı (542,5 min ton), armatur (367,1 min ton), klinker (347,6 min ton) və sair, Türkiyə ixracının əsas istiqamətləri isə İtaliya (1,18 milyon ton), ABŞ (794 min ton), Misir (765 min ton), İspaniya (727 min ton), Yunanıstan (542 min ton) olub.

Əsas idxal antrasit (2,48 milyon ton), LNG (2,24 milyon ton), neft (1,98 milyon ton), metal qırıntıları (1,5 milyon ton) və dizel yanacağı (1,1 milyon ton) olub. Neft, dizel yanacağı kimi yüklər üzrə Rusiya əsas tədarükçü olaraq qalır və fevralda Türkiyəyə ümumilikdə 6,9 milyon ton yük ixrac edib. ABŞ LNG-nin əsas təchizatçısına çevrilib.

Türkiyəyə tədarükdə sonrakı yerlərdə ABŞ (2,5 milyon ton), Çin (967 min ton), Misir (745 min ton) və İtaliya (603 min ton) gəlir.

Türkiyə limanlarında aşırılan konteynerlərin sayı 2025-ci ilin fevral ayında 12,3% artaraq 1,02 milyon TEU-ya çatıb. 2025-ci ilin yanvar-fevral aylarında konteyner aşırmalarının həcmi keçən ilin eyni dövrü ilə müqayisədə bir qədər (0,03%) azalaraq 2,18 milyon TEU-ya düşüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır