Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-16,
Seanews
Heyder Eliyev

Şanxay limanının yük dövriyyəsi 14,15 milyon tonu ötüb

2025-ci ilin yanvar-mart aylarında Çinin Şanxay limanının yük dövriyyəsi illik müqayisədə 0,5% artaraq 14,15 milyon tonu ötüb, konteyner dövriyyəsi isə 13,2 milyon TEU (+6%) təşkil edib.

“Seanews.az” xəbər verir ki, 2024-cü ilin sonuna Şanxay limanı dünyada 50 milyon TEU həddini keçən ilk liman olub. Ümumilikdə, ötən il limanın yük dövriyyəsi 2023-cü illə müqayisədə 3% artaraq 580,5 milyon tona, konteyner dövriyyəsi 4,9% artaraq 51,5 milyon TEU-ya çatıb.

Şanxay limanı Çinin dərin su limanıdır. “Portnews.ru”-nun məlumatına görə, Şanxay ilə Rusiyanın bir sıra limanları arasında birbaşa dəniz xətləri var. Xüsusilə, Sankt-Peterburq Şanxaya birbaşa konteyner xidməti “Aurora Line” ilə bağlıdır və 2023-cü ildə Arxangelskdən Şanxaya Şimal Dəniz Yolu üzrə ilk səfər təşkil edilib. “NewNew Shipping Line” şirkəti 2024-cü ildə Şimal Dəniz Marşrutu ilə Çinin Şanxay və Ninqbo limanlarını Arxangelsk ilə birləşdirən yeni xidməti işə salıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır