Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-19,
Seanews
Heyder Eliyev

Hamina-Kotka limanına 555 gəmi yan alıb

2025-ci ilin yanvar-mart aylarında Finlandiyanın Hamina-Kotka limanında 3,66 milyon ton yük aşırılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,7% çoxdur.

“Seanews.az” xəbər verir ki, hesabat dövründə ixrac yüklərinin aşırılması 36,3% artaraq 2,66 milyon tona çatıb. O cümlədən 567,3 min ton (+22,2%) ixrac kağızı, 487,3 min ton (+45,8%) sellüloz, 926,8 min ton (+61,2%) toplu yüklər, 58,2 min ton (+166,6%) maye yüklər işlənib.

Birinci rübdə limanda idxal olunan yüklərin aşırılması 6,6% artaraq 998,23 min ton təşkil edib. Bu yüklərin 389,32 min tonu (-5,6%) taxta-şalban, 123,75 min tonu (+80,6%) toplu yüklər, 281,17 min tonu (+4,9%) maye yüklər, 119,53 min tonu (+28,7%) ümumi yüklər olub.

Tranzit daşıma 959,95 min ton (+52,8%), kabotaj yüklərinin işlənməsi 6,77 min ton (+125,1%), limanın konteyner dövriyyəsi 174 min TEU (+37,5%) təşkil edib.

Hesabat dövründə Hamina-Kotka limanına əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,4% çox - 555 gəmi yan alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır