Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-19,
Seanews
Heyder Eliyev

Sinqapur limanının yük dövriyyəsi azalıb

2025-ci ilin yanvar-mart aylarında Sinqapur limanında 147,9 milyon ton yük aşırılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6% azdır.

“Seanews.az” xəbər verir ki, 44,8 milyon ton (-15,7%) neft yükləri və 7,7 milyon ton (-22,8%) balker yükləri aşırılıb.

Hesabat dövründə ümumi konteynersiz yüklərin aşırılması 15,2% artaraq 7,35 milyon tona, limanın konteyner dövriyyəsi isə 10,6% artaraq 10,5 milyon TEU-ya çatıb.

2025-ci ilin mart ayında limanın yük dövriyyəsi illik müqayisədə 2,8% azalaraq 52,17 milyon ton, konteyner dövriyyəsi 7% artaraq 3,74 milyon TEU təşkil edib.

Mart ayında yük əməliyyatları üçün limana 0,1% az - 10 662 gəmi yan alıb.

Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2024-cü ildə Sinqapur limanının yük dövriyyəsi 622,7 milyon ton (+5,2%), konteyner dövriyyəsi 41,1 milyon TEU (+5,4%) olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır