“COSCO”-nun terminallarında 27,2 milyon TEU aşırılıb
2025-ci ilin yanvar-mart aylarında “COSCO” terminallarının ümumi konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% artaraq 27,2 milyon TEU təşkil edib.
“Seanews.az” xəbər verir ki, o cümlədən Bohai körfəzi terminallarıında 4,17 milyon TEU (+5,9%), Yantze deltası terminallarında 4 milyon TEU (+6,9%), Cənub-şərq sahilindəki terminallarında 1,4 milyon TEU (+0,5%),
Mirvari çayı terminallarında 7,1 milyon TEU (+10,2%), Cənub-qərb sahili terminallarında 2,17 milyon TEU (+12,1%) aşırılıb.
Çindən kənarda “COSCO”-nun terminallarında 8,3 milyon TEU aşırılıb ki, bu da 6,9% artım deməkdir.
2025-ci ilin mart ayında “COSCO” terminallarının konteyner dövriyyəsi illik müqayisədə 7,1% artaraq 9,74 milyon TEU-ya çatıb.
Qeyd edək ki, 2024-cü ildə “COSCO-nun terminalları ilə 111,9 milyon TEU (+5,7%) aşırılıb.