Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

Bu ilin üç ayında Antverpen-Brügge birgə limanının terminallarında aşırılan yüklərin ümumi həcmi 67,7 milyon ton təşkil edib

2025-ci ilin yanvar-mart aylarında Belçikanın Antverpen-Brügge birgə limanının bütün terminallarında aşırılan yüklərin ümumi həcmi 67,7 milyon ton təşkil edib ki, bu da ötən ilin birinci rübündən 4% azdır.

“Seanews.az” xəbər verir ki, Liman administrasiyasının hesabatında belə deyilir.

Bildirilir ki, ilin birinci rübündə liman dəyişən bazar dinamikası, geosiyasi gərginlik və Avropanın neft-kimya sənayesinə davamlı təzyiqlərlə üzləşib. ABŞ-ın idxal tarifləri ilə bağlı gərginlik də buna təsir edir.

İlk üç ayda 3,4 milyon TEU (+4,5%) konteyner aşırılıb. Tonaja görə artım 4,6% olub və 38,4 milyon tona çatıb.

Limanda maye yüklərin aşırılması 19,1% azalaraq 18,5 milyon tona düşüb. Xüsusilə, benzin, nafta və LNG-nin həcmləri kəskin şəkildə azalıb.

Ümumi yük seqmentində həcmlərdə azalma 5,4% təşkil edib - 2,2 milyon ton olub.

Toplu yüklərin aşırılması 3,5 milyon tonadək (-0,8%) azalıb.

Şimal dənizindən 90 km məsafədə Şeld çayı üzərində yerləşən Antverpen dəniz və çay limanı eyni vaxtda “Capesize” gəmiləri də daxil olmaqla 400-ə qədər gəmini qəbul edə bilər. Limanın kötpülərinin uzunluğu 100 km-ə, suyun dərinliyi 5-17,5 metrə çatır.

2021-ci ilin fevralında Belçikanın Antverpen və Brügge şəhərlərinin bələdiyyələri iki limanın birləşdirilməsi barədə razılığa gəliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır