Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

Lonq-Biç limanının konteyner terminalları yanvar-martda 2,535,575 TEU aşırıb

ABŞ-nin Lonq-Biç limanının konteyner terminalları 2025-ci ilin yanvar-mart aylarında 2,535,575 TEU aşırıb ki, bu da 2024-cü ilin birinci rübündən 26,6% çoxdur.

“Seanews.az” xəbər verir ki, 2025-ci ilin mart ayında terminal operatorları 2024-cü ilin martından 25% çox - 817 457 TEU konteyner aşırıb. İdxal konteynerlərinin aşırılması 25,8% artaraq 380 562 TEU, ixrac konteynerlərinin işlənməsi isə əksinə, 1% azalaraq 1634 TEU təşkil edib. Limandan keçən boş konteynerlərin aşırılması 35% artaraq 332 832 TEU olub.

Mart ayı üzrə məlumatları nəzərə alsaq, limanın yük dövriyyəsi ardıcıl 10 aydır ki, artır.

Qeyd olunur ki, maliyyə ilinin birinci yarısı limanın tarixində ən işlək dövr olub: 2024-cü il oktyabrın 1-dən Lonq-Biç limanının terminallarında 5 267 926 TEU konteyner aşırılıb. Beləliklə, son altı ayda bu göstəricilərə görə Lonq-Biç ABŞ-ın digər limanları arasında lider olub.

2024-cü ildə Lonq-Biç konteyner aşırılmasının həcminə görə ölkənin ikinci dəniz limanı olub: terminallarında 9,6 milyon TEU aşırılıb. Los-Anceles limanı 10,3 milyon TEU ilə birinci yerdə olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır