Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-12,
Seanews
Heyder Eliyev

Çindən ABŞ-a dəniz daşımalarının həcmi 40% azalıb

Rüsumların qarşılıqlı artırılması fonunda Çindən ABŞ-a dəniz daşımalarının həcmi 40% azalıb.

“Seanews.az” xəbər verir ki, “Kühne+Nagel” beynəlxalq nəqliyyat və logistika şirkətinin İsveçrə bölməsinin rəhbəri Matias Volf İsveçrə Radio və Televiziya (SRF) portalının ölkələr arasında daşımaların azalması ilə bağlı sualını cavablandırarkən belə deyib.

Onun sözlərinə görə, söhbət Şanxay, Ninbo və Şençjen limanlarından ABŞ-ın Qərb sahilindəki limanlara, o cümlədən Lonq-Biç və Los Angeles limanlarına konteyner gəmiləri ilə daşınan məhsullardan gedir.  

"Biz görürük ki, hazırda bir çox sifarişlər təxirə salınıb və ya ləğv edilib", - ekspert izah edib.

Onun hesablamalarına görə, 40% azalma son illərdə unikal bir hadisədir.

"Keçmiş təcrübəmizdən bilirik ki, təchizat zəncirləri tarazlıqdan çıxdıqda, mallar cəmi 4-6 həftəyə bəs edir. Bu, o deməkdir ki, vaxtında bir həll yolu tapmalıyıq. Əks halda, ABŞ-da boş rəflər görəcəyik. Şanxaydan bir konteyner gəmisinin Lonq-Biç və ya Los Angelesə çatması təxminən 22 gün çəkir", - deyə Matias Volf bildirib.

İki ölkə arasında ticarət dövriyyəsi Vaşinqtonun proteksionist tədbirlərinin mənfi təsirini hiss edir. ABŞ-ın Çindən gələn mallara rüsumları 145%-ə çatır. TASS xəbər verir ki, buna cavab olaraq Çin aprelin 12-dən Amerika məhsullarına tarifləri 125%-ə qaldırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır