Honkonq limanının “Kwai Tsing” terminalı ilə 3,46 milyon TEU aşırılıb
2025-ci ilin yanvar-aprel aylarında Çinin Honkonq limanında 4,59 milyon TEU konteyner aşırılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% artım deməkdir.
“Seanews.az” xəbər verir ki, limanın ən böyük konteyner terminalı olan “Kwai Tsing” ilə yükaşırma 1,4% artaraq 3,46 milyon TEU-ya çatıb.
Limanın digər terminalları ilə 10,7% çox - 1,13 milyon TEU işlənib.
Honkonq limanı dünyanın ən böyük yükaşırma mərkəzlərindən biridir. İldə 456 min gəmidə yük əməliyyatı həyata keçirmək imkanına malik limanın konteyner dövriyyəsi 2024-cü ildə 4,9% azalaraq 13,7 milyon TEU təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır