Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-24,
Seanews
Heyder Eliyev

“COSCO” terminallarının konteyner dövriyyəsi 36,8 milyon TEU-ya çatıb

2025-ci ilin yanvar-aprel aylarında “COSCO” gəmiçilik şirkətinin terminallarının ümumi konteyner dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 36,8 milyon TEU-ya çatıb.

“Seanews.az” xəbər verir ki, Bohai terminallarında 5,48 milyon TEU (-5%), Yantze deltası terminallarında 5,5 milyon TEU (+4,7%), Cənub-şərq sahilləri terminallarında 1,87 milyon TEU (-0,5%), Mirvari çayı terminallarında 9,58 milyon TEU (+9,5%), Cənub-qərb sahili terminallarında 3 milyon TEU (+10,3%) aşırılıb.

 “COSCO”-nun Çindən kənarda bütün terminallarının konteyner dövriyyəsi 11,2 milyon TEU olub ki, bu da 7,6% artım deməkdir.

2025-ci ilin aprel ayında “COSCO” terminallarında konteyner dövriyyəsi illik müqayisədə 5,2% artaraq 9,55 milyon TEU təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə “COSCO” şirkətinin terminallarında 111,9 milyon TEU (+5,7%) aşırılımışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır