Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-02,
Seanews
Heyder Eliyev
News Image
Thumbnail 0
×

Los-Anceles limanı yeni rüsumların tətbiqi ilə əlaqədar idxal olunan yüklərin azaldılmasına hazırlaşır

2025-ci ilin aprel ayında ABŞ-nin Los-Anceles limanının terminalları 842,8 min TEU aşırıb ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 9,4% çoxdur.

“Seanews.az” istinadən xəbər verir ki, liman administrasiyasının hesabatında belə deyilir.

Cari ilin yanvar-aprel aylarında Los-Anceles limanında konteyner dövriyyəsi 6,2% artaraq 3,34 milyon TEU təşkil edib.

Los-Anceles limanı idarəsinin icraçı direktoru Cin Serokanın sözlərinə görə, son iki ildə sabit yükaşırma həcmləri müşahidə olunub, lakin indi liman yeni rüsumların tətbiqi ilə əlaqədar idxal olunan yüklərin azaldılmasına hazırlaşır.

Aprel ayında 439,2 min TEU yüklənmiş idxal konteynerinin işləndiyi bildirilir. Bu, illik müqayisədə 5% artım deməkdir. İxrac edilən konteynerlər 128,4 min TEU (-3%), boş konteynerlər 275,2 min TEU (+25%) təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır