Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-01,
Seanews
Heyder Eliyev
News Image
Thumbnail 0
×

Hindistan Qırmızı dənizlə daşımanı bərpa edir

Hindistan ixrac yükləri yenidən Qırmızı dəniz vasitəsilə daşınır.

“Seanews.az”  xəbər verir ki, FIEO ixracatçılar təşkilatı məlumat yayıb.

"Yüklər tədricən bu mühüm dəniz marşrutu ilə hərəkət edir. Bu, daşınma vaxtını azaldacaq", - FIEO-nun baş direktoru Ajay Sahay bildirib.

Nəşrin xatırladığı kimi, Hindistanın Avropa ilə ticarət mallarının təxminən 80%-i Qırmızı dənizdən keçir və ABŞ-la ticarətin əhəmiyyətli hissəsi də bu marşrutla reallaşdırılır. Bu regionların hər ikisi ölkənin ümumi ixracının 34%-ni təşkil edir.

Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlardan sonra  böyük konteyner daşıyıcıları Afrika qitəsi ətrafında marşrutdan istifadə edərək, daşıma üsullarını dəyişdilər. Bu, daşıma qiymətləri ilə yanaşı, yüklərin Asiyadan Avropaya çatdırılma müddətini 7 gündən 20 günə qədər artırdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır