

Los-Anceles limanının 117 illik tarixi ərzində bu ilin iyununda ilk yaşanıb
Los-Anceles limanı 2025-ci ilin iyun ayında 892,340 TEU (iyirmi fut ekvivalent konteyner) yük qəbul edərək ötən ilin eyni dövrü ilə müqayisədə 8% artım nümayiş etdirib.
"Seanews.az" xəbər verir ki, bu göstərici limanın 117 illik tarixində ən yüksək iyun ayı dövriyyəsi kimi qeydə alınıb.
Limanın icraçı direktoru Cin Seroka bildirib ki, bəzi idxalçılar ilin sonuna doğru tətbiq oluna biləcək yüksək tariflərdən əvvəl bayram mövsümü üçün malları erkən gətirməyə üstünlük verirlər. Bu səbəbdən iyul ayı da illik dövriyyənin zirvəsi ola bilər.
Seroka əlavə edib ki, Los-Anceles limanı 30 iyun tarixinə maliyyə ilini bağlayaraq ümumilikdə 10,5 milyon TEU yük qəbul edib. Bu, ardıcıl üçüncü maliyyə ilində 10 milyon TEU göstəricisinin aşılması deməkdir. Qərb yarımkürəsində bu nailiyyətə çatan yeganə liman olan Los-Anceles bu dəfə bu rəqəmə heç bir gəmi sıxlığı olmadan çatıb.
2025-ci ilin ilk altı ayı ərzində Los-Anceles Limanı 4,955,812 TEU yük emal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5% artım deməkdir və limanın sabit artım tendensiyasını davam etdirdiyini göstərir.