Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-02,
Seanews
Heyder Eliyev

Misir Süveyş kanalında yeni xidmətlər təqdim etdi – Qırmızı dəniz böhranı səbəbindən yaranan itkilər azaldılır

Misir hökuməti Qırmızı dənizdəki təhlükəsizlik böhranının Süveyş kanalına vurduğu iqtisadi zərəri kompensasiya etmək məqsədilə yeni dəniz xidmətləri təqdim edib.

Süveyş Kanalı İdarəsinin rəhbəri Usamə Rabiə bildirib ki, yeni xidmətlərə gəmi təmiri, dənizdə xilasetmə, çirklənməyə qarşı tədbirlər, təcili yardım, yanacaq təminatı, ekipaj dəyişiklikləri, heyət hazırlığı və özəl yaxtalar üçün liman daxildir.

Rabiə qeyd edib ki, bölgədəki qeyri-sabitlik səbəbindən kanal son iki ildə gəlirinin 62 faizini itirib. 2024-cü ildə kanaldan keçən gəmi sayı 13 212-yə düşüb ki, bu da əvvəlki dövrlə müqayisədə yarıbayarı azalmadır. Gündəlik gəmi keçidi 70-dən 30–35-ə enib.

Rəsmilər bildirirlər ki, Süveyş kanalı 2023-cü ildə 10,2 milyard dollar gəlir əldə edib, 2024-cü ildə isə bu rəqəm təxminən 4 milyard dollara qədər azalıb.

Rabiə həmçinin qeyd edib ki, Süveyş kanalının alternativi yoxdur. Çünki digər marşrutlar yanacaq sərfiyyatını, heyət xərclərini və karbon emissiyasını artırır.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Qəzza müharibəsinin başlamasından sonra Yəməndəki husilər İsraillə əlaqəli hesab etdikləri kommersiya gəmilərinə qarşı hücumlar həyata keçiriblər. Bu səbəbdən bir çox gəmiçilik şirkəti Süveyş kanalı əvəzinə daha uzun və xərc tələb edən marşrutlara keçib.

Misir hakimiyyəti 2024-cü ilin aprelində Qırmızı dənizi naviqasiya üçün təhlükəsiz elan etsə də, şirkətlər hələ də bölgəyə qayıtmaqda ehtiyatla yanaşırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır