Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-07,
Seanews
Heyder Eliyev

"Co-May" tayfunu 1 milyon TEU-luq konteyner sıxlığına səbəb oldu

Keçən həftə Çində baş verən "Co-May" tayfunu Yantszı çayı deltası ərazisində 1 milyon TEU-dan çox konteynerin toplanmasına yol açıb.

"Seanews.az" "ICS Global Logistics"-in məlumatına istinadən xəbər verir ki,  Şanxay limanındakı əməliyyatlar tamamilə dayandırılıb və bu, ən azı bir həftəlik və ya daha artıq gecikmələrə səbəb ola bilər. Eyni zamanda, Ninbo limanı və oradakı anbar obyektləri də daşqınlar nəticəsində təhlükəli vəziyyət yarandığı üçün fəaliyyətini müvəqqəti dayandırıb.

"Hapag-Lloyd" açıqlamasında bildirib ki, Şanxay, Ninbo və Tsinqdao limanlarında 2–4 gün, Sinqapur, Busan və Yokohama limanlarında isə 12–24 saat arasında ümumi gecikmələr gözlənilir. Avstraliyanın Sidney limanında da fırtınalar nəticəsində yüklərin yığılması və sıxlığın artması ilə gəmilərin təhvilində 2 günə qədər gecikmələr qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır