

Şotlandiyanın “Little Minch” marşrutlarında istismar ediləcək yeni bərə Türkiyədə suya buraxılıb
Türkiyənin Yalova şəhərində yerləşən gəmiqayırma zavodunda Şotlandiyanın “Little Minch” marşrutları üçün nəzərdə tutulan iki yeni gəmidən birincisi — “Lochmor” suya buraxılıb.
"Seanews.az" xəbər verir ki, bu gəmi “Caledonian Maritime Assets” (CMAL) şirkətinin sifarişi ilə tikilir.
Yeni bərə 450 sərnişin, 100 minik avtomobili və ya 14 yük maşınını daşıma gücünə malikdir.
“Lochmor”un suya buraxılmasından sonra gəmi üzərində təchizat işləri davam etdiriləcək və sınaq yürüşləri keçiriləcək. Bərənin 2026-cı ilin sonlarında Şotlandiyaya gətiriləcəyi, burada heyətin hazırlığı və yerli əməliyyat testlərindən sonra istismara veriləcəyi planlaşdırılır.
Operator “CalMac” şirkətinin baş direktoru Dunkan Makison qeyd edib ki, “Lochmor” 2029-cu ilə qədər donanmaya əlavə olunacaq 12 yeni gəmilərdən biridir.