

"CMA CGM" Batam – Sinqapur əlaqələrini gücləndirir
Dünyanın üçüncü ən böyük konteyner daşıyıcısı "CMA CGM" Sinqapur və Batam adası arasında fəaliyyətini genişləndirir.
"Seanews.az" xəbər verir ki, şirkət adada rəsmi ofisini açıb. "CMA CGM" burada həftədə iki dəfə reyslə həyata keçiriləcək "Batam Singapore Xpress" (BSX) xidmətinə start verir. Yeni xidmət Sinqapurda şirkətin əsas və regional xəttlərinə birləşmə imkanı yaradacaq. İlk səfər 27 avqusta planlaşdırılıb.
Batam adası Sinqapur boğazının cənub hissəsində yerləşir və 1 300-dən çox istehsal müəssisəsinə ev sahibliyi edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır