Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-10,
Seanews
Heyder Eliyev

Türkiyə limanları yanvar-avqust aylarında 277 milyon tona yaxın yük qəbul edib

 2025-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 276 milyon 396 min 327 ton yük qəbul edib.

"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 301 min 51 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 257 milyon 95 min 176 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 40 milyon 136 min 247 ton tranzit yük daşınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır