Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-10,
Seanews
Heyder Eliyev

"Nova Marine Carriers" Yeni Zelandiya bazarına daxil olur 

İsveçrənin Luqano şəhərində yerləşən "Nova Marine Carriers" şirkəti Yeni Zelandiyanın "McCallum Bros" şirkəti ilə birgə müəssisə yaradaraq, Şatham adalarına yükdaşımalar həyata keçirmək üçün yeni layihəyə start verib.

"Seanews.az" xəbər verir ki, birgə müəssisə hökumətin elan etdiyi tenderdə konteyner, yanacaq, nəqliyyat vasitələri və canlı heyvan daşımağa uyğunlaşdırılmış yeni çoxməqsədli gəmi layihəsi ilə qalib gəlib.

"RINA" və "Nova Marine" şirkətinin Luqanodakı texniki ofisi ilə əməkdaşlıq çərçivəsində hazırlanan gəminin 2027-ci ilin ortalarında istismara verilməsi gözlənilir.

Yeni gəmi ildə təxminən 70 min baş heyvan daşıyacaq və Yeni Zelandiyanın 800 km şərqində yerləşən adalar icmaları üçün həyati əhəmiyyətli nəqliyyat xətti rolunu oynayacaq.

Tender Nəqliyyat Nazirliyi tərəfindən mövcud 1 200 dedveytlik “Southern Tiare” gəmisinin etibarlılıq problemlərinə görə elan olunub. Təxminən 40 ildir xidmətdə olan gəmini əvəzləyəcək yeni həllin qarşıdakı 20 il üçün ən optimal və davamlı variant olduğu vurğulanıb.

“Bir müddətdir ki, Yeni Zelandiya daşımaları bazarına daxil olmağı planlaşdırırdıq. "McCallum Bros" ilə yaradılan birgə müəssisə qrupumuz üçün dönüş nöqtəsidir və göstərir ki, bu gün qeyri-müəyyən bazar şəraitində inkişaf üçün maksimum çeviklik və əvvəllər qeyri-mümkün görünən çağırışları qəbul etmək iradəsi vacibdir.”, – deyə "Nova Marine Carriers" şirkətinin baş direktoru Vinçenzo Romeo bildirib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır