Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-10,
Seanews
Heyder Eliyev

Panama Kanalının illik xalis mənfəəti 20 faiz artıb

Panama Kanalı İdarəsinin (ACP) məlumatına görə, 2025-ci maliyyə ilində (1 iyul 2024 – 30 iyun 2025) kanalın xalis mənfəəti 20,2 faiz artaraq 4,13 milyard dollar təşkil edib. Kanalın ümumi gəliri isə 14,4 faiz artımla 5,7 milyard dollar səviyyəsinə çatıb.

Hesabat dövründə kanaldan keçən gəmilərin sayı 19,3 faiz artaraq 13 404 olub. Onların 3 342-si “Neopanamax”, 10 062-si isə “Panamax” tipli gəmilərdir. Ümumi qeydiyyat tonnajı 15,6 faiz artaraq 489,1 milyon tona yüksəlib. Bunun 253,6 milyon tonu “Neopanamax”, 235,5 milyon tonu isə “Panamax” gəmilərinin payına düşüb.

Artım əsasən konteyner və mayeləşdirilmiş qaz daşıyan gəmilərin xidmət haqları hesabına təmin olunub. Quru yük daşımalarında bərpa prosesi davam edib, lakin LNG tankerlərinin daşımaları qlobal bazarda qiymətlərin dəyişkənliyi səbəbindən azalıb.

Arayış:
Panama Kanalı İdarəsi (Autoridad del Canal de Panamá, ACP) Panama hökumətinin müstəqil qurumudur və kanalın idarə olunması, istismarı və texniki xidmətinə cavabdehdir. ABŞ 1999-cu ildə kanalın idarəsini rəsmi şəkildə Panamaya təhvil verib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır