Hambantota limanında yük dövriyyəsi 151% artıb
2025-ci ilin doqquz ayında Şri-Lankadakı Hambantota Beynəlxalq Limanının (HIP) yük dövriyyəsi 151% artıb.
"Seanews.az" xəbər verir ki, artım ölkədə avtomobil idxalına qoyulmuş qadağanın aradan qaldırılması ilə əlaqədardır.
Liman 2025-ci ilin doqquz ayı ərzində 6,03 milyon ton yük emal edib. Bu göstərici ötən ilin eyni dövründəki 2,4 milyon tonla müqayisədə əhəmiyyətli artım deməkdir.
Çin “China Merchants” şirkəti tərəfindən idarə olunan limanda həmçinin avtomobil tranziti 26% artıb, idxal əməliyyatlarında isə kəskin yüksəliş müşahidə olunub.
Hambantota limanı konteyner emalı gücünü illik 1 milyon TEU-ya çatdırmaq məqsədilə yeni kranların alınmasına 41 milyon ABŞ dolları həcmində investisiya yatırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

