İstanbul boğazından keçən gəmilərin sayında azalma qeydə alınıb
2025-ci ilin yanvar–sentyabr dövründə İstanbul boğazından 29 710 gəmi keçib.
"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumat yayıb.
Məlumata əsasən, bu dövrdə keçidin təxminən 15 813 gəmisinə bələdçi xidməti göstərilib.
Nazirlik boğazdan keçən gəmilərin tiplərini də açıqlayıb. Keçidlərin 10 886-sı ümumi yük gəmisi, 5 484-ü quru yük gəmisi, 2 953-ü konteyner gəmisi, 596-sı sərnişin gəmisi, 262-si Ro-Ro gəmisi, 370- heyvan daşıyan gəmi və digər kateqoriyalardan ibarət gəmilərin payına düşüb.
Uzunluq üzrə statistika göstərir ki, həmin dövrdə 440 gəmi 300 metrdən uzun, 1 990 gəmi 250–300 metr, 2 836 gəmi 200–250 metr, 9 055 gəmi 150–200 metr, 9 218 gəmi 100–150 metr və 5 721 gəmi isə 100 metrdən qısa olub.
Kimyəvi yük daşıyan tanker keçidləri üzrə isə yanvar–martda 648, aprel–iyun dövründə 702, iyul–avqustda 604 olmaq üzrə ümumilikdə 1 954 keçid qeydə alınıb.
Döyüş gəmiləri ilə bağlı məlumatda bildirilir ki, ilin ilk rübündə Boğazdan hər hansı savaş gəmisi keçməyib, ikinci rübdə 21 döyüş gəmisi tranzit edib, üçüncü rübdə isə yenə savaş gəmisinin keçidi olmayıb.
Yanvar–sentyabr dövründə Boğazdan keçən gəmi və yüklərin ümumi kütləsi 461 137 867 ton təşkil edib.
Qeyd olunur ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə gəmi sayında azalma qeydə alınıb. 2024-cü ilin yanvar–sentyabrında İstanbul Boğazından 31 160 gəmi keçmişdi.

