Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-09,
Seanews
Heyder Eliyev

Türkiyə limanlarında yük dövriyyəsi tarixi maksimuma çatıb

Türkiyə limanları üçün 2025-ci ilin noyabr ayı tarixi nəticə ilə yadda qalıb. Sözügedən ayda aşırılan yük həcmi indiyə qədərki bütün illərin müvafiq (noyabr) ayları üzrə qeydə alınan ən yüksək səviyyə olub.

"Seanews.az" xəbər verir ki, Nəqliyyat və İnfrastruktur Nazirliyinin açıqladığı son məlumatlara əsasən, 2025-ci ilin noyabr ayında Türkiyə limanlarında ümumilikdə 46 milyon 863 min 236 ton yük aşırılıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 7,8% artım deməkdir.

Cari ilin yanvar-noyabr aylarını əhatə edən dövrdə isə limanlarda işlənmiş ümumi yük həcmi 503 milyon 413 min 154 tona yüksəlib. Bununla da, Türkiyə ilin 11 ayında yarım milyard tonluq yük dövriyyəsi həddini aşmış olub.

Konteyner daşımalarında da nəzərəçarpacaq artım qeydə alınıb. İlin 11 ayında aşırılan konteynerlərin ümumi sayı 3,2% artaraq 12 milyon 822 min 997 TEU səviyyəsinə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır