Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-12,
Seanews
Heyder Eliyev

"Drewry": Dünya konteyner indeksi bu həftə 2% artıb

Bu həftə konteyner daşımaları tariflərində artım tendensiyası davam edib.

"Seanews.az" xəbər verir ki, bu barədə "Drewry Supply Chain Advisors"ın qiymətləndirməsində bildirilib. 

Məlumata görə, onların hesabladığı Ümumdünya Konteyner İndeksinin kompozit dəyəri 40 futluq konteyner üçün 2% artaraq 1 957 dollar səviyyəsinə çatıb.

Şanxay–Rotterdam marşrutu üzrə fraxt dərəcələri 5% və ya 120 dollar artaraq 2 361 dollara, Rotterdam–Şanxay istiqaməti üzrə isə 1% və ya 5 dollar artaraq 465 dollara yüksəlib. Şanxaydan Genuaya qiymətlər 13% və ya 356 dollar artımla 3 004 dollara çatıb.

Bunun əksinə olaraq, Şanxay–Los Anceles üzrə tariflər 7% (153 dollar) azalaraq 2 103 dollara, Şanxay–Nyu-York marşrutu üzrə isə 5% (139 dollar) enərək 2 756 dollara düşüb. Los Anceles–Şanxay istiqaməti üzrə dərəcələr isə 1% və ya 10 dollar azalaraq 709 dollara enib.

Bundan əlavə, Rotterdam–Nyu-York marşrutunda isə tariflər sabit qalaraq 1 636 dollar səviyyəsində qalıb. Nyu-York–Rotterdam xəttində isə bu həftə fraxt haqları 3% (26 dollar) artaraq 942 dollara yüksəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır