Türkiyə limanları yanvar-noyabrda 377 milyona yaxın yük qəbul edib
2025-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 376 milyon 925 min 895 ton yük qəbul edib.
"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 26 milyon 720 min 453 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 350 milyon 205 min 442 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 63 milyon 159 min 139 ton tranzit yük daşınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

