"Maersk" təxminən iki ildən sonra ilk dəfə Qırmızı dənizdən keçid həyata keçirib
Dekabrın 19-u səhər saatlarında 2007-ci ildə inşa edilmiş Sinqapur bayrağı altında üzən "Maersk Sebarok" konteyner gəmisi Bab əl-Məndəb boğazından keçərək Qırmızı dənizə daxil olub.
"Seanews.az" xəbər verir ki, bu, təxminən iki il ərzində "Maersk"-ə məxsus bir gəminin boğazdan ilk keçidi olub.
Şirkətin bildirdiyinə görə, 6 500 TEU tutumlu gəminin keçidi zamanı ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri tətbiq edilib.
"Maersk" vurğulayıb ki, bu hadisə mühüm addımdır, lakin hələlik şirkətin Şərq–Qərb marşrut şəbəkəsini Süveyş kanalı üzərindən əvvəlki rejimə qaytarmaq niyyətində olduğunu göstərmir.
Qeyd edək ki, "Maersk Sebarok" hazırda şirkətin "MECL" xidmət xətti üzrə fəaliyyət göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

