"ONE" Qırmızı dənizə yeni xidmətlə qayıdır
"Ocean Network Express" (ONE) Qırmızı dəniz istiqamətində fəaliyyətini bərpa etməyi planlaşdırır.
"Seanews.az" xəbər verir ki, bu məqsədlə şirkət RCS (Red Sea–China Service) adlı yeni xəttini istifadəyə verib.
Şirkətin müştərilərə bildirişində qeyd olunub ki, yeni xidmət Çin limanları ilə Qırmızı dəniz limanları arasında artan tələbatı qarşılamaq məqsədi daşıyır.
Yeni xətt üzrə ilk reys 15 yanvar 2026-cı ildə həyata keçiriləcək. "SSF Dream" gəmisi xidmətin ilk səfərinə Şanxay limanından başlayacaq.
"ONE" bildirib ki, bu xidmət müştərilərə daha geniş şəbəkə imkanları və etibarlı daşımalar təqdim etməyə imkan verəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

