Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-23,
Seanews
Heyder Eliyev

Klaipeda Limanında konteyner dövriyyəsi rekord həddə çatıb

2025-ci il ərzində Litvanın Klaipeda Limanında ümumilikdə 39 milyon ton yük aşırılıb. Bu nəticə 2024-cü illə müqayisədə konteyner, LNG və Ro-Ro yükləri üzrə artım hesabına əldə olunub.

"Seanews.az" xəbər verir ki, ən böyük artım konteyner daşımalarında qeydə alınıb. Konteyner yüklərinin həcmi 29% artaraq 13 milyon tona çatıb və bu, liman tarixində ən yüksək göstəricidir. TEU ifadəsində isə dövriyyə 1,3 milyon TEU olub. Bu da 2024-cü ildəki əvvəlki rekordu 29% üstələyib.

Liman rəhbərliyinin bildirdiyinə görə, konteyner daşımalarındakı bu artım əsasən tranzit (transshipment) yüklərin çoxalması ilə bağlıdır. Naviqasiya kanalının dərinləşdirilməsi və mövcud liman infrastrukturundan səmərəli istifadə buna şərait yaradıb.

Eyni zamanda, limanda investisiya layihələri davam edir və 100 hektarlıq genişlənmə planlaşdırılır.

Maraqlıdır ki, yük həcmləri artsa da, gəmi giriş-çıxışlarının sayı 3% azalıb. Bu isə limana daha iri gəmilərin gəlməsi ilə izah olunur.

Mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarında da ciddi artım olub. LNG həcmi 19% artaraq 2,4 milyon tona çatıb. 

Ro-Ro yükləri üzrə də müsbət nəticə qeydə alınıb. Bu sahədə daşımalar 6% artaraq 6,5 milyon ton təşkil edib. 2025-ci ildə Klaipeda Limanı vasitəsilə 353 759 nəqliyyat vasitəsi daşınıb. Bu göstərici 2021-ci ildəki əvvəlki rekordu 10 500 avtomobil üstələyib. 

Bununla yanaşı, bəzi yük növlərində azalma da qeydə alınıb. Meşə məhsulları 18,3% azalaraq 606 min ton, metal qırıntıları 11% azalaraq 1,2 milyon ton olub. Taxıl yükləri də çətin məhsul ili səbəbindən 7% azalıb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır