Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-18,
Seanews
Heyder Eliyev

Arktikada gəmi daşımaları rekord qırdı: Neft tankerlərinin sayı 400% artdı

Arktika Şurasının (PAME) yeni hesabatına görə, 2025-ci ildə Arktika sularında gəmi daşımaları tarixi rekord həddə çatıb. Arktika Polyar Məcəlləsi zonasına daxil olan gəmilərin sayı 2013-cü illə müqayisədə 40% artaraq 1812-yə, gəmilərin qət etdiyi ümumi məsafə isə 95% artaraq 11,9 milyon dəniz milinə yüksəlib.

“Seanews.az” xəbər verir ki, bu artım əsasən dəniz buzlarının əriməsi və təbii resursların çıxarılması üzrə irimiqyaslı layihələrlə bağlıdır. Xüsusilə Rusiyanın "Yamal LNG" layihəsi qaz tankerlərinin, Kanadanın "Mary River" mədəni isə quru yük gəmilərinin hərəkətini kəskin artırıb.

Maraqlıdır ki, son 12 ildə ən böyük artım tempini xam neft tankerləri (396%) göstərib. Quru yük gəmilərinin hərəkətində 156%, kruiz gəmilərində isə 123% yüksəliş müşahidə olunub.

Gəmi hərəkətinin pik dövrü buz səviyyəsinin ən aşağı olduğu sentyabr ayına təsadüf edir. Mütəxəssislər yeni sənaye layihələrinin və Arktika turizminin gələcəkdə bu statistik göstəriciləri daha da yuxarı çəkəcəyini proqnozlaşdırırlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır