90 ölkədə 168 liman layihəsi - Çin investisiyaları ilə qlobal dəniz logistikasında dominantlıq qazanır
Çin son 25 ildə dünya limanlarına 24 milyard dollara yaxın investisiya yatırıb.
“Seanews.az” xəbər verir ki, bu barədə ABŞ-ın "William & Mary" Kollecinin "AidData" tədqiqat laboratoriyasının yeni hesabatında bildirilir. Hesabata görə, 2000–2025-ci illər ərzində Çin şirkətləri və dövlət müəssisələri 90 ölkədə yerləşən 168 liman layihəsinə təxminən 24 milyard ABŞ dolları həcmində kredit və qrant ayırıb.
Məlumata görə, Çin liman investisiyalarını həm yüksək gəlirli, həm də aşağı və orta gəlirli ölkələr arasında demək olar ki bərabər bölür. 10,8 milyard ABŞ dolları vəsait 20 yüksək gəlirli ölkədə yerləşən 29 liman layihəsinə yönəldilib. Bu ölkələr arasında Yunanıstan, İspaniya, Avstraliya, Yeni Zelandiya və Sinqapur da var.
Tədqiqat müəllifləri bildirirlər ki, Çin liman investisiyalarının əsas məqsədi yalnız geosiyasi təsir deyil, həm də qlobal ticarət və təchizat zəncirlərini dəstəkləyən strateji logistika şəbəkəsi formalaşdırmaqdır.

